Boksçumuz dünya çempionatında ilk görüşünə çıxacaq

  11 Sentyabr 2019    Oxunub : 729
Boksçumuz dünya çempionatında ilk görüşünə çıxacaq
Azərbaycan boksçusu Tayfur Əliyev Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında ilk görüşünə çıxacaq.
Azvision.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuzun rəqibi isveçrəli Tiaqo Puqno olacaq.

Dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunub. Yekaterinburqda EXPO Arenada baş tutan yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 9-17-də keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.

Xatırladaq ki, sentyabrın 9-da rinqə çıxan birinci boksçumuz Amin Kuşkov Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1 hesabı ilə məğlub edib.

Azvision.az

Teqlər: Boks   Dünya   Çempionat