Ronaldodan poker, Türkiyə lider oldu - VİDEO

  11 Sentyabr 2019    Oxunub : 2374
Ronaldodan poker, Türkiyə lider oldu - VİDEO
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində A, B və H qruplarında növbəti oyunlar keçirilib.

Azvision.az xəbər verir ki, H qrupunda mübarizə aparan Türkiyə millisi səfərdə Moldova ilə qarşılaşıb. Qardaş ölkə 4:0 hesabı ilə qalib gələrək liderliyə yüksəlib.


Qrupun digər təmsilçisi Fransa doğma meydanda Andorradan üstün olub - 3:0. Albaniya isə İslandiyanı 4:2 hesabı ilə məğlub edib.

A qrupunda İngiltərə Kosovonu qəbul edib və 5:3 hesabı ilə qalib gəlib. Monteneqro öz meydanında Çexiya ilə bacarmayıb - 0:3.



B qrupunda Portuqaliya səfərdə Litvanı darmadağın edib - 5:1. Qrupun digər matçı Serbiya və Lüksenburq milliləri arasında baş tutub. Görüş serblərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.



Kənan Məmmədov
Azvision.az

Teqlər: Avro-2020   Ronaldo   Türkiyə