Nazarbayev Polad Bülbüloğluna məktub göndərib

 Nazarbayev Polad Bülbüloğluna məktub göndərib
  11 Sentyabr 2019    Oxunub:2378
Qazaxıstan xalqının lideri, ölkənin sabiq prezidenti Nursultan Nazarbayev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna məktub ünvanlayıb.
Azvision.az səfirliyin yaydığı məlumata istinadən bildirir ki, Nazarbayev Polad Bülbüloğlunun siyasi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib:

“Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm”.

Nazarbayev, həmçinin vurğulayıb ki, Azərbaycan səfirinin zəngin həyat və peşə təcrübəsi bundan sonra da iki qardaş xalqın çoxtərəfli əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.

Azvision.az



Teqlər: Nazarbayev   Səfir   Məktub  





Xəbər lenti