Ronaldo reklamdan 200 milyon dollar qazanacaq
Müqaviləyə əsasən, portuqaliyalı ulduzun təmiz gəliri 162 milyon avrodur. O, "Qızıl Top" üçün 4 milyon, "Yuventus" Çempionlar Liqasının qalibi olarsa 5 milyon, Çempionlar Liqasında "Qol kral"ı olarsa 1 milyon və s. bu kimi əlavə bonuslarla birlikdə ümumilikdə 200 milyon avro əldə edəcək.
Hazırda 11 sponsoru olan Ronaldo 20 müxtəlif markanın reklamına çəkilib. "İnstagram", "Facebook" və "Twitter"də 270 milyona yaxın izləyicisi olan Ronaldo "İnstagram"dakı hər paylaşımına görə 1 milyon dollar gəlir əldə edir.
Kənan Məmmədov
Azvision.az
Teqlər: Ronaldo Nike Müqavilə Yuventus