Yurçeviç millimiz üçün iki yol göstərdi

 Yurçeviç millimiz üçün iki yol göstərdi
  10 Sentyabr 2019    Oxunub:2497
"Futbolçularımın göstərdiyi oyundan razıyam və onlarla qürur duyuram. Dünyanın ən güclü yığmalarından biri ilə qarşılaşdıq. Azarkeşlərimizin xüsusilə ikinci hissədə dəstəyi inanılmaz idi. Onları təbrik edir və təşəkkürümü bildirirəm"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçədən sonra təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi oyunla bağlı təəssüratlarını bölüşüb: "Xorvatiya mənin vətənimdir, amma bu gün Azərbaycanın uğur qazanması üçün çalışdıq. Yaxşı oynadığımız oyunlar olsa da, bunu hesabda əks etdirə bilmirdik. Amma Xorvatiya ilə qarşılaşmada bunu bacardıq. Bu gün azarkeşlərin özlərini xoşbəxt hiss etməsindən şadam".

Yurçeviç hər zaman tənqidə açıq olduğunu söyləyib: "Tənqid üçün açıq insanam. Heyəti başqa oyunçulardan qursaydım, qələbə qazanardıq ya yox, buna cavab vermək çətindi. Həqiqətən də Macarıstan və Slovakiyaya qarşı yaxşı oyun göstərə bilmədik. Bunun bir sıra səbəbləri olsa da, əsas göstərici fiziki hazırlığımızın yüksək olmaması idi. İki yolumuz var: nəyin hesabına olursa-olsun xal qazanmaq, ya da gələcək üçün yeni oyunçular hazırlamaq. Bugünkü heyətimizdə Emil Balayev, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Mahir Emreli, Ömər Buludov, Renat və Rüfət Dadaşovlar kimi gələcəkdə komandamıza xidmət edəcək istedadlı gənclər var. Emil Balayevin bugünkü oyununu briliyanta bənzədirəm. Əsasən də oyunun ilk 15-20 dəqiqəsindəki çıxışını qeyd edərdim. Çünki rəqibimiz matça çox istəkli və sürətli başlamışdı”.

Azvision.az



Teqlər: Milli   Yurçeviç  





Xəbər lenti