Lekler İtaliya Qran-Prisinin qalibi olub

Lekler İtaliya Qran-Prisinin qalibi olub
  09 Sentyabr 2019    Oxunub:2231
"Ferrari"nin monakolu pilotu Şarl Lekler Formula 1 üzrə İtaliya Qran-Prisinin qalibi olub.
Azvision.az xəbər verir ki, bu Leklerin karyerasında ardıcıl ikinci qələbəsidir.

“Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas yarışı ikinci, britaniyalı Luis Hamilton isə üçüncü pillədə başa vurublar.

Pilotların cədvəlinə 284 xalla L.Hamilton başçılıq edir. V.Bottas 221xalla ikinci, Maks Ferstappen (“Red Bull Racing”) isə 185 xalla üçüncüdür.

Konstruktorlar kubokunda “Mercedes” 505 xalla birinci yerdədir. Hesabında 351 xal olan “Ferrari” ikinci, “Red Bull Racing” 266 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti yarış iki həftə sonra Sinqapurda keçiriləcək.

Azvision.az




Teqlər: F-1   Formula   Lekler  





Xəbər lenti