Millinin oyununda hakim dəyişikliyi olub

  08 Sentyabr 2019    Oxunub : 675
Millinin oyununda hakim dəyişikliyi olub
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununa hakim təyinatında dəyişiklik edilib.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Sladan Josipovicin səhhətində problem yarandığı üçün yan xətt hakimi Alain Heiniger olacaq.

Qeyd edək ki, oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşünün əsas baş hakimi Sandro Scharer olacaq.

Azvision.az

Teqlər: Futbol   Azərbaycan   Xorvatiya   Milli   Avro-2020