Ermənistanda məhkumlar qiyam qaldırdı
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkumlar həbsxanada baş verən qanunsuzluqlara və saxlanılma şəraitinin acınacaqlı olmasına etiraz ediblər.
Erməni KİV-lərində yer alan məlumatlara əsasən, həbsxananın mühafizə işçiləri kriminal avtoritetlər üçün rüşvət müqabilində qadağan olunmuş müxtəlif əşyalardan, habelə narkotik vasitələrdən istifadə edilməsinə şərait yaradırlar. Korrupsiya və özbaşınalığın hökm sürdüyü koloniyada digər məhkumlar aclıq və antisanitariya şəraitində saxlanılır.
Azvision.az
Teqlər: Ermənistan Qiyam Məhkum Həbsxana