"Qarabağ"ın yeni transferi Bakıya gəldi - FOTOLAR

"Qarabağ"ın yeni transferi Bakıya gəldi -  FOTOLAR
  06 Sentyabr 2019    Oxunub:2657
"Qarabağ" klubunun İngiltərə "Bornmut"undan icarəyə götürdüyü qapıçı Asmir Beqoviç artıq Azərbaycandadır.
Azvision.az -ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bosniya və herseqovinalı qolkiper bu gün səhər saatlarında London - Bakı reysi ilə ölkəmizə gəlib.

Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda bir qrup azarkeş qarşılayıb. 32 yaşlı oyunçunun sabahdan yeni komandası ilə məşqlərə başlayacağı gözlənilir. Onun adı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş olunub.

Qeyd edək ki, Asmir Beqoviç "Bornmut"dan ilin sonunadək icarəyə götürülüb.







Azvision.az


Teqlər: UEFA   AFFA   Qarabağ  





Xəbər lenti