Donald Gerye rəsmən “Neftçi”də

  05 Sentyabr 2019    Oxunub : 812
Donald Gerye rəsmən “Neftçi”də
Bakının “Neftçi” futbol komandası daha bir transferini rəsmiləşdirib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə imzalanıb. 30 yaşlı yarımmüdafiəçi komandanın heyətində 77 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Qarabağ” (2017-2019-cu illər) olan D.Gerye Haitinin "Violett” (2009-2011-ci illər), “Amerika de Ke” (2011-2013-cü illər), Polşanın “Visla” Krakov (2013-2016-cı illər) və Türkiyənin “Alanyaspor” (2016-2017-ci illər) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018-ci il və 2019-cu il) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib və 11 qol vurub.

Azvision.az

Teqlər: Neftçi