Consonun nazir təyin etdiyi qardaşı istefa verdi

Consonun nazir təyin etdiyi qardaşı istefa verdi
  05 Sentyabr 2019    Oxunub:2469
Böyük Britaniyanın Baş naziri Boris Consonun qardaşı Co Conson nazir vəzifəsindən və Mühafizəkarlar partiyasının deputatlığından istefa verib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ay Baş nazir Conson tərəfindən qurulan hökumətdə dövlət naziri təyin edilən Co Conson istefa vermək qərarına gəlib.

"Brexit" məsələsində qardaşının mövqeyini dəstəkləməyən Co Conson istefası ilə bağlı “Twitter” səhifəsində açıqlama yayıb.

"Son həftələrdə ailə sadiqliyi və milli maraqlar arasında sıxışdım. Bu, həlli olmayan bir gərginlikdir. Millət vəkili və nazir olaraq mənim vəzifəmi başqalarının üzərinə götürməsi vaxtı çatdı", - deyə Co Conson qeyd edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: BorisConson   CoConson  





Xəbər lenti