Axtarışda olan daha bir terrorçu məhv edilib

  05 Sentyabr 2019    Oxunub : 1265
Axtarışda olan daha bir terrorçu məhv edilib
Türkiyənin Bingöl bölgəsində uğurlu antiterror əməliyyatı keçirilib.
Azvision.az xəbər verir ki, kəşfiyyat məlumatları əsasında təşkil olunan əməliyyat nəticəsində “Agit Çektar” ləqəbli terrorçu Harun Başlık zərərsizləşdirilib.

Türkiyənin təhlükəsizlik qüvvələrinin məhv etdiyi terrorçu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub. Nazirlik onun ələ keçirilməsi üçün 300 min lirə mükafat müəyyən edib.

Azvision.az

Teqlər: Türkiyə   Terrorçu