Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov zədəsini yeniləyib.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının bu gün səhər keçirilmiş məşqi zamanı müdafiəçi Rahil Məmmədov köhnə zədəsini yenilədiyinə görə, komandanın həkiminin rəyinə və baş məşqçinin qərarına əsasən millinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Uels yığması ilə keçirəcəyi oyuna yollanan heyətdən çıxarılıb.