“Qəbələ” APOEL-ə rəqib oldu

“Qəbələ” APOEL-ə rəqib oldu
  04 Sentyabr 2019    Oxunub:2116
UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk mərhələsinin püşkü atılıb.
Azvision.az xəbər verir ki, “Qəbələ”nin bu yarışdakı rəqibi müəyyənləşib.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan təmsilçisi Çempionlar yolunun birinci mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq. İlk oyun oktyabrın 2-də, cavab matçı ayın 23-də keçiriləcək.

Qeyd edək ki, “qırmızı-qaralar” qitə miqyaslı klub turnirində 3-cü dəfə mübarizə aparacaqlar.

Azvision.az



Teqlər: Qəbələ   APOEL  





Xəbər lenti