Millimizin heyətində dəyişiklik edildi

  03 Sentyabr 2019    Oxunub : 619
Millimizin heyətində dəyişiklik edildi
Sentyabrın 4-dən 8-dək Maltanın Valletta şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, “Sabah” klubunun futbolçusu Murad Bağırov zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzinə toplanışa “Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub.

Xatırladaq ki, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azvision.az

Teqlər: AFFA   Milli