AKP-də 5 saatlıq iclas: Davudoğlu partiyadan kənarlaşdırılır

  03 Sentyabr 2019    Oxunub : 1624
 AKP-də 5 saatlıq iclas: Davudoğlu partiyadan kənarlaşdırılır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, 5 saata yaxın davam edən iclasda komitə üzvləri Əhməd Davudoğlu, Ayxan Səfər Üstün, Abdullah Başçı və Səlcuq Özdağın partiyadan xaric olunması ilə bağlı məsələ qaldırıblar.

İdarə heyətinin ümumi rəyi əsasında adları çəkilən şəxslərin AKP-dən kənarlaşdırılmasına dair tələb Mərkəzi İntizam Komitəsinə təqdim edilib.

Qeyd edək ki, Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu son günlər yeni partiya yaratmaq təşəbbüsü ilə gündəmdədir.

Azvision.az

Teqlər: AKP   Türkiyə