Rusiyanın ən məşhur müsəlmanı vəfat edib

Rusiyanın ən məşhur müsəlmanı vəfat edib
  03 Sentyabr 2019    Oxunub:3369
Rusiyalı tərcüməçi, müsəlman dünyasının tanınmış ictimai xadimi İman Valeriya Poroxova vəfat edib.
Azvision.az xəbər verir ki, Poroxova ömrünün 79-cu ilində həyatını itirib.

Qeyd edək ki, Poroxova "Quran"ı ruscaya sinxron və izahlı tərcümə etməklə bütün müsəlman dünyasının sevgi və hörmətini qazanıb. 2000-ci ilin aprelində Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti onu "Elmin inkişafındakı xidmətlərinə görə" akademiyanın fəxri nişanı ilə təltif edib.



Tarix elmləri doktoru, Karnegi Mərkəzinin Moskva şöbəsinin əməkdaşı Aleksey Malaşenko "Quran. Mənaların və Təfsirlərin tərcüməsi"ni parlaq bir poetik əsər kimi qiymətləndirib.

Milliyətcə rus olan Valeriya Poroxova xristian olub. O, 1975-ci ildə Suriya vətəndaşı Məhəmməd Səid əl-Roşdla ailə həyatı qurub. 1985-ci ildə Moskvadan Dəməşqə köçəndən sonra İslamı qəbul edib və İman adını götürüb. O zamandan "Quran"ın tərcümə etməyə başlayıb və bu işi 1991-ci ildə başa çatdırıb.



Azvision.az



Teqlər: Quran   Tərcümə  





Xəbər lenti