İrəvanda terrorçuya heykəl qoyuldu, Türkiyə etiraza qalxdı - FOTO

  02 Sentyabr 2019    Oxunub : 4094
 İrəvanda terrorçuya heykəl qoyuldu, Türkiyə etiraza qalxdı - FOTO
Ermənistanda Tələt Paşanı qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana heykəl qoyulması Türkiyədə etirazlara səbəb olub.
Azvision.az xəbər verir ki, Türkiyənin Vətən partiyasının üzvləri görkəmli dövlət xadimi Tələt Paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada etiraz nümayişi keçirib.



Minlərlə insanın iştirak etdiyi aksiyada “Erməni qatilə ucaldılan heykəl yıxılacaq”, “Ermənistan Qarabağdan rədd ol!”, “Xocalı soyqırımını törədənlər cəzalansın!”, “Bir Tələt gedər, min Tələt gələr!” kimi şüarlar səsləndirilib.



Nümayişçilər 1921-ci ildə Tələt Paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana İrəvanda ucaldılan heykəlin götürülməsini tələb ediblər.



Azvision.az

Teqlər: Türkiyə   Etiraz   İrəvan