Honkonqda on minlərlə şagird və tələbə etiraza qalxdı
Etirazçılar Honkonq rəhbərliyinə tələbləri yerinə yetirmək üçün iki həftə vaxt veriblər. Bildiriblər ki, əks halda etirazlar daha da gücləndiriləcək.
Ümumilikdə aksiyada 30 minə yaxın tələbə və şagird iştirak edib.
Xatırladaq ki, Honkonqda etiraz aksiyaları 2 ay əvvəl başlayıb. Buna səbəb yerli hakimiyyət orqanının qanunları pozmaqda şübhəli sayılan, yaxud axtarışda olan şəxslərin Çinə verilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etməsi olub. Cəmiyyətin təzyiqi ilə yerli administrasiyanın rəhbəri Kerri Lam qanun layihəsini gündəmdən çıxarıb. Ancaq bu da hökumət əleyhinə aksiyaları dayandırmayıb. Polis dəfələrlə aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib.
Azvision.az
Teqlər: Honkonq