Nazarbayevin qızı yenidən spiker seçildi

 Nazarbayevin qızı yenidən spiker seçildi
  02 Sentyabr 2019    Oxunub:1651
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva yenidən ölkə parlamentinin sədri seçilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstanın hazırki rəhbəri Kasım-Jomart Tokayev Nazarbayevanın namizədliyini irəli sürüb. Senatda keçirilən gizli səsvermə zamanı 48 deputat Nazarbayevanın lehinə səs verib.

Qeyd edək ki, Dariqa Nazarbayeva 2012-ci ildə deputat seçilib və parlamentin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə ona spiker vəzifəsi həvalə olunub. 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib.

Azvision.az



Teqlər: DariqaNazarbayeva  





Xəbər lenti