Falkaonu İstanbulda minlərlə azarkeş qarşıladı - FOTO

  02 Sentyabr 2019    Oxunub : 920
Falkaonu İstanbulda minlərlə azarkeş qarşıladı - FOTO
Türkiyənin "Qalatasaray" klubunun "Monako"dan transfer etdiyi Radamel Falkao İstanbula gəlib.
Azvision.az xəbər verir ki, kolumbiyalı ulduz futbolçunu İstanbulun Atatürk hava limanında minlərlə azarkeş qarşılayıb.

Qeyd edək ki, Falkao tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə bağlanacaq. 32 yaşlı forvardın "Qalatasaray"da ildə 5 milyon avro maaş alacağı açıqlanıb.



Qeyd edək ki, Radamel Falkao "Monako" ilə yanaşı "Portu", "Atletiko Madrid", "Mançester Yunayted" və "Çelsi" kimi klubların da formasını geyinib.





Azvision.az

Teqlər: Qalatasaray   Falkao