Texasda atışma zamanı ölənlərin sayı artıb

Texasda atışma zamanı ölənlərin sayı artıb
  02 Sentyabr 2019    Oxunub:1240
ABŞ-ın Texas ştatında baş vermiş atışma nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Odessa şəhərinin yerli polisi məlumat yayıb. Bildirilib ki, hazırda yaralılardan birinin vəziyyəti kritikdir, digər xəsarət alanların həyatı təhlükəsi yoxdur.

Bundan əvvəl yayılan məlumatlarda atışma nəticəsində 5 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilirdi.

Azvision.az



Teqlər: ABŞ   Texas   Atışma  





Xəbər lenti