Türkiyədə su maşını evin üstünə aşdı - Ölənlər var

 Türkiyədə su maşını evin üstünə aşdı -    Ölənlər var
  01 Sentyabr 2019    Oxunub:1891
Türkiyənin Kayseri şəhərində su daşıyan yük maşını yaşayış evinin üstünə aşıb.
Azvision.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, bir nəfər ağır xəsarət alıb. Əraziyə təcili yardım, yanğınsöndürən maşınları və xilasedicilər cəlb olunub.

Qəzaya səbəb kimi maşının əyləc sisteminin xarab olması göstərilir. Hadisə zamanı yaşayış evinin böyük hissəsi uçub, dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Azvision.az


Teqlər: Türkiyə   Qəza   Hadisə   Maşın  





Xəbər lenti