Sənan Qurbanov vəzifəsindən istefa verdi

 Sənan Qurbanov vəzifəsindən istefa verdi
  01 Sentyabr 2019    Oxunub:2691
"Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Keşlə"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

“Rəhbərliyə təşəkkürümü bildirirəm. Bu klub mənim üçün doğmalaşıb. Fariz Nəcəfov başda olmaqla hər kəsə minnətdaram”, - deyən S.Qurbanov istefa verdiyini bəyan edib.

Qeyd edək ki, S.Qurbanov ötən yay "Qəbələ"nin baş məşqçisi təyin olunmuşdu.

Azvision.az


Teqlər: Sənan-Qurbanov  





Xəbər lenti