Əliyar Ağayev Misirdə oyun idarə edəcək

Əliyar Ağayev Misirdə oyun idarə edəcək
  31 Avqust 2019    Oxunub:1622
Əliyar Ağayev Misir Kubokunun yarımfinal oyununa təyinat alıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Misir Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək. Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq.

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.

Azvision.az


Teqlər: ƏliyarAğayev   Misir  





Xəbər lenti