Putindən məktub: "Koçaryan Rusiyanın dostudur"

      Putindən məktub:    "Koçaryan Rusiyanın dostudur"
  31 Avqust 2019    Oxunub:2037
Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Koçaryana məktub ünvanlayıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin məktubunda onu 65 illiyi münasibəti ilə təbrik edib və Koçaryanı Rusiyanın dostu adlandırıb. Rusiya lideri sabiq prezidentə can sağlığı, mənəvi güc və dözüm arzulayıb.

Qeyd edək ki, Robert Koçaryan ölkədə konstitusion quruluşu devirməkdə təqsirli bilinib və ona qarşı 2008-ci ilin mart hadisələri ilə əlaqədar cinayət işi açılıb.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Putin   Koçaryan  





Xəbər lenti