Toydan qayıdanlar qəzaya düşdü - 24 ölü

Toydan qayıdanlar qəzaya düşdü -  24 ölü
  31 Avqust 2019    Oxunub:1336
Pakistanda toydan qayıdan şəxslərin olduğu avtobus körpüdən aşaraq çaya düşüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər həyatını itirib. Həmin şəxslər bir nəslin nümayəndələridir.

Yararsız vəziyyətdə olan körpü həddindən artıq yüklənmiş nəqliyyat vasitəsinin ağırlığına tab gətirməyib. Nəticədə belə bir faciəli hadisə qeydə alınıb. Hazırda polis və yerli sakinlər ölənlərin cəsədlərini axtarır.

Azvision.az



Teqlər: Pakistan  





Xəbər lenti