Ermənistanda 46 nəfər toyda zəhərlənib

Ermənistanda 46 nəfər toyda zəhərlənib
  31 Avqust 2019    Oxunub:1084
Ermənistanın Gümrü şəhərində 46 nəfər toyda zəhərlənib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat yayıb.

"Zəhərlənənlərdən 9-u yeniyetmədir. 43 nəfər lazımi tibbi yardım aldıqdan sonra evə buraxılıb, digərləri xəstəxanada nəzarət altındadır ",- deyə Nikoqosyan qeyd edib.

Polis, istintaq komitəsinin və qida təhlükəsizliyi idarəsinin nümayəndələri hadisənin təfərrüatlarını araşdırır.

Şahan Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Toy   Zəhərlənmə  





Xəbər lenti