İlham Əliyevin çıxışı - Kimlər dəyişdi?

İlham Əliyevin çıxışı - Kimlər dəyişdi?
  12 Mart 2013    Oxunub:1655
Bu gün Prezident İlham Əliyevin məlum çıxışından bir ay ötdü
Prezident İlham Əliyevin fevralın 12-də keçirdiyi müşavirədə xalqı hakimiyyətdən narazı salan məmurların ünvanına kəskin çıxışından bu gün bir ay ötdü. Bu bir ay ərzində prezident bir neçə icra başçısını işdən çıxartdı, həmin postları yeni kadrlarla əvəz elədi. AzVision.az kiçik xronologiyanı təqdim edir:

Prezidentin ilk kadr dəyişikliyi elə İsmayıllı rayonunda oldu. Belə ki, müşavarədən iki gün fevralın 14-də İsmayıllının icra başçısı Nizami Ələkbərovu vəzifəsindən azad etdi və onun yerinə Aqrar Universitetin rektoru Mirdaməd Mirsadıq oğlu Sadıqovu İsmayıllının icra başçısı təyin etdi.

Daha sonra fevralın 15-də Şamaxının icra başçısı Asif Salman oğlu Məmmədovu vəzifəsindən azad etdi. Onun yerinə Asif Əzizağa oğlu Ağayevi təyin etdi.

Martın 4-də Prezident Ramiz Məhərrəm oğlu Cəbrayılov u Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad etdi. Laçının icra başçısı Akif İsmayıl oğlu Səlimov təyin olundu

Elə həmin gün Vidadi Məhərrəm oğlu Məhərrəmov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Bu posta rayon icra hakimiyyəti başçısının birinci müavini Aqil Məmmədov təyin edildi.

Yenə də həmin gün yəni martın 5-də Abbasqulu Cəfərqulu oğlu Abbasov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Həbib Hüseyn oğlu İbrahimov Sədərək rayonuna icra başçısı təyin olundu.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti