Rəşad Sadıqov qrupu dəyərləndirdi: "Sevilya" favoritdir

Rəşad Sadıqov qrupu dəyərləndirdi:    "Sevilya" favoritdir
  30 Avqust 2019    Oxunub:2148
"Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub".
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov deyib.

"APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun", - deyə R.Sadıqov vurğulayıb.

Qeyd edək ki, bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. "Qarabağ" A qrupunda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları ilə mübarizə aparacaq.

Azvision.az


Teqlər: Qarabağ   RəşadSadıqov  





Xəbər lenti