“Qarabağ”ın rəqibləri bu gün bilinəcək

“Qarabağ”ın rəqibləri bu gün bilinəcək
  30 Avqust 2019    Oxunub:1686
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 2019-2020-ci il mövsümü üzrə püşkatma mərasimi keçiriləcək.
Azvision.az xəbər verir ki, əsas raundda iştirak edəcək 48 komanda 12 qrupa bölünəcək. Püşatma mərasimi Monakoda təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Qrup mərhələsini qalib kimi başa vuran 12 komanda qrup ikinciləri ilə qarşılaşdırılacaq. Onaltıdabir final mərhələsində eyni ölkəni təmsil edən komandaların görüşü UEFA-nın reqlamentinə əsasən mümkün deyil. Qaydalara görə, komandaların adları dörd səbətə yerləşdirilib.

Qeyd edək ki, püşatma nəticəsində "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqibləri məlum olacaq.

Azvision.az



Teqlər: UEFA   Qarabağ  





Xəbər lenti