Qurban Qurbanov: “Məqsədimizə çatdıq”

     Qurban Qurbanov:    “Məqsədimizə çatdıq”
  30 Avqust 2019    Oxunub:1639
"Azarkeşlərə təşəkkür edirəm. Stadionda möhtəşəm ab-hava var idi. Onlar daha yaxşı qələbələrə layiqdirlər. Futbolçuları da təbrik edirəm. Qalib gəldik, ancaq asan olmadı. Şükür olsun, sonra hər şey bizim tərəfimizdə oldu"
Azvision.az xəbər verir ki, bunu “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Şimali İrlandiyanın "Linfild" komandasını 2:1 hesabı ilə məğlub edərək, UEFA Avropa Liqasının qrupuna düşdükləri pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

Q.Qurbanov oyunla bağlı təəssüratlarını bölüşüb: "Bütün Avropa oyunlarımızı götürsək, ən çox qol epizodu yaratdığımız il oldu. Sadəcə, çoxundan istifadə edə bilmədik. Əgər bunu bacarırıqsa, tez bir zamanda daha yaxşısına da nail olmalıyıq. Həm biz, həm də futbolçular daha çox çalışmalıyıq. Qrupa düşdük, rəqiblərimizi gözləməliyik. Bugünkü rəqibimiz də göstərdi ki, futbolda asan rəqib yoxdur. Komandam çox intizamlı oynadı. Sadəcə, son dəqiqədəki qol planlarımıza daxil deyildi. Azərbaycan klubları arasında Avropada tək qalmışdıq. Hamının gözü bizdə idi. Bu da bir qədər həyəcan yaradırdı. İstənilən halda, məqsədimizə çatdıq. Rəqib haqda yalnız pozitiv danışa bilərəm. Çox istəkli idilər. Müdafiə olunmaqdan və mübarizədən həzz alırdılar. Bu mərhələyə kimi elə-belə gəlib çıxmamışdılar. Onlara uğur arzulayıram".

Azvision.az



Teqlər: Qarabağ   Qurban-Qurbanov  





Xəbər lenti