Putin G8-ə qayıtmaq istəmir? - Bolton açıqladı

Putin G8-ə qayıtmaq istəmir? -  Bolton açıqladı
  29 Avqust 2019    Oxunub:1329
"Putin "Böyük səkkizliyə" (G8) liderlərin razılığı olmadan qayıtmaq istəmir".
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib. O, hesab edir ki, Rusiyanın G8-ə qayıdışı Putinin qarşıya qoyduğu məqsəd deyil.

"Prezident Tramp həmkarları ilə bu barədə müzakirə aparıb. Fərqli fikirlər bildirildi, ancaq qərar verilmədi. Dünən prezident Putinin özü üzvlərinin razılığı olmayan hər hansı bir qrupa daxil olmaq istəmədiyini bildirdi ",- deyən Bolton vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın mütləq G8-ə qayıtmalı olduğunu bildirirb. Onun fikrincə, Putin Şimali Koreya, İran və Suriya münaqişələrinin həllində iştirakçı olmalıdır. Trampın təklifi birmənalı qarşılanmayıb, digər liderlər buna etiraz ediblər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ConBolton  





Xəbər lenti