İran Fransaya nümayəndə heyəti göndərəcək

İran Fransaya nümayəndə heyəti göndərəcək
  29 Avqust 2019    Oxunub:1792
İran iqtisadi məsələlərin müzakirəsi üçün gələn həftə Fransaya nümayəndə heyəti göndərəcək.
Azvision.az “İRNA” ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. Onun sözlərinə görə, xarici işlər naziri Məhəmməd Cavad Zərif bu qrupa daxil olmayacaq: “Çünki bu iqtisadi heyətdir”, deyə PA rəhbəri deyib.

Qeyd edək ki, “G-7” sammiti çərçivəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Fransa prezidenti Emmanuel Makron və fransalı həmkarı Jan-İv Le Drianla görüşüb.


Azvision.az



Teqlər: İran   Fransa  





Xəbər lenti