“İllər sonra məni heç kim xatırlamayacaq” - MÜSAHİBƏ

“İllər sonra məni heç kim xatırlamayacaq” - MÜSAHİBƏ
  05 Dekabr 2013    Oxunub:2039
Məncə o Türkiyənin ən gözəl aktrisalarından biridir. Oynadığı rollarda qətiyyətli, sərt görünüşlü Tuba Böyüküstünün əslində çox fərqli tərəfləri var. Müsahibə üçün çox az zamanı olsa da suallarımızı səbrlə cavablandırdı.

-Gözəlliyiniz star olmanızda önəmli rol oynadımı?

-Gözəl olduğumu inkar etmirəm. Bunu özüm də hiss edə bilirəm. Amma gözəl qadın çoxdur və bu hər şey demək deyil. Ağlın və qabiliyyətin yoxdursa, gözəllik nəyə yarayacaq? Gözəllik danışana qədərdi. Bəzən gözəl qadınlar, yaraşıqlı kişilər ağızların açdıqları anda bu, yox olur.

-Özünüzə çox güvənirsiniz?

-Bəzən artıqlaması ilə güvənirəm. Güclü xarakterli olmaq yaxşıdır. Amma insan ondan asılı qalır. Bir dəfə elə tanındınsa artıq zəif nöqtəni gizlətməyə məcbursan.

-Münasibətlərdə də eləsiniz o zaman. Həm həyat yoldaşınızı həm də dostlarınızı nəzərdə tuturam.

-Mən beləyəm. Qarşımdakı adam mənə yaxınlaşdıqca mən də yaxınlaşıram. Amma iki addım uzaq durarsa, mən 10 addım geri çəkilirəm.

- Həyat yoldaşınızla necə tanış oldunuz? Yəqin ki, ilk addımı o, atıb.

-Biz 5 il çox yaxın dost olmuşuq. Mən ona sadəcə dost kimi baxırdım. Sonra isə aramızda sevgi yarandı. Arada sevgi, eşq olanda isə artıq adam bilmir ki, düz yaxud yalnış qərar verir. Sonra isə evləndik. İndi çox şükür əkizlərimiz var. Onlar mənim üçün hər şey deməkdir. Hətta çox insan işinə dönsün deyə dayə tutur. Amma biz həyat yoldaşım Onurla özümüz uşaqlara baxdıq. Tam 7 ay heç kimdən yardım almadan, ikimiz evdən çölə çıxmadan əkizlərlə maraqlandıq.

Övladlarınıza bu qədər bağlısınız, amma “20 dakika” serialından gələn təklifi qəbul etdiniz. Bu, sizi onlardan ayrı salmadı?

- Seriallar insanın ömrünü alır. Əslində heç oynamaq istəməzdim. Amma bəzən rollar özü məni çəkir.

- İki oyunçu bir evdə. Necə alınır?

- Biz bir -birimizi yüksəldən cütlüyük.

- O zaman bir aktrisaya evli olmaq çətin deyil?

- Yox, canım ,niyə çətin olsun. Sadəcə,mən dünyaya bir az fərqli baxıram. Onur da bəzən deyir ki, “Allah xatirinə sən harda yaşayırsan?”, amma yenə məni anlamağa çalışır.

- O zaman sizi xoşbəxt qadın hesab etmək olar.

- Dünyalar gözəli iki övladım, çox sevdiyim həyat yoldaşım, həyəcanlı bir işim var. İnsan xoşbəxtlik üçün bundan artıq nə istəyər?

- Hərdən mən kiməm deyə özünüzə sual verirsiniz? Bəzən tanınmışlar bu sualdan qaçır və şöhrət başların döndərir.

- (Gülür) Mən kiməm ki? Bəlkə də, bir neçə il sonra kimsə məni xatırlamayacaq. İnsan gərək özün çox şişirtməsin. Məşhurluq ömür boyu sürməyə də bilər.

- Digər oyunçularla münasibətiniz necədir? Xüsusilə qadınlarla. Beren Saatı özünüzə rəqib gördüyünüzü yazırlar...

-Çünki yazmağa bir şey tapmırlar. Mən kiminləsə rəqabətə girmirəm. Biz tanış belə deyilik. Bir də seriallar bizdən ibarət deyil ki.

-Daha hansı rolu oynamaq istərdiniz?

- Zehinsəl əngəlli rolunu. Mən belə bir filmdə məmuniyyətlə oynayardım.

- Beren Saat kimi.

- Hər kəs kimi.

- Nələrdən qorxursunuz?

- Zəlzələdən. Düşünürəm ki, zəlzələ olsa, nə edərəm? Qızlarımı necə xilas edərəm? Bu hiss məni dəli edir.

- Yeni film təklifləri var?

- Olsa belə deyə bilmərəm. Təkliflər var, müqavilə yoxdu.

- Kişi aktyorlardan kiminlə tərəf müqavili olmaq istərdiniz?

- Kənan İmirzalıoğlunu bəyənirəm. Onunla oynamaq maraqlı olardı.

- Bu aralar çox az görünürsünüz.

- Görünmək lazım olmayanda ortada gəzməyi sevmirəm.

Məhsəti Şərif .İstanbul

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti