Dünya çempionatında daha üç cüdoçumuz tatamiyə çıxır

Dünya çempionatında daha üç cüdoçumuz tatamiyə çıxır
  27 Avqust 2019    Oxunub:1170
Avqustun 27-də Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının üçüncü günündə 2 çəki dərəcəsində (qadınlar 57 kq və kişilər 73 kq) görüşlər keçiriləcək.
Azvision.az xəbər verir ki, dünya çempionatında daha üç cüdoçumuz tatamiyə çıxacaq. Təmsilçimiz Rüstəm Orucovun ilk rəqibi Vadzim Şoka (Belarus) - Nuno Sarayova (Portuqaliya) cütünün qalibi olacaq.

Hidayət Heydərov isə ilk qarşılaşmada Conq Tan (Vyetnam) - Friqyes Zabo (Macarıstan) cütünün qalibini sınağa çəkəcək. Qadın cüdoçumuz İçinxorloo Munxtsedevin ilk rəqibi panamalı Miryam Roper olacaq.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə mübarizə aparan 6 cüdoçumuz yarış meydanını medalsız tərk edib.

Azvision.az



Teqlər: Cüdo   Dünya-Çempionatı   Tatami  





Xəbər lenti