İran “Səhənd” esminesini Ədən körfəzinə göndərdi

İran “Səhənd” esminesini Ədən körfəzinə göndərdi
  26 Avqust 2019    Oxunub:2256
İran Ədən körfəzinə esmines - eskadra mina gəmisi göndərib.
Azvision.az xəbər verir ki, bu barədə İran ordusunun Qərargah rəisi, kontr-admiral Həbibullah Səyari məlumat verib.

Onun sözlərinə görə, "Səhənd" hərbi gəmisi uzunmüddətli növbətçiliklə əlaqədar Ədən körfəzinə yola alınıb. H. Səyari bildirib, esmines İran gəmilərinin bu bölgənin beynəlxalq sularında təhlükəsizliyini təmin edəcək və Ədən və Oman körfəzlərindəki gəmiləri nəzarətdə saxlayacaq.

Bundan başqa, kontr-admiral qeyd edib ki, "Səhənd"i yardımçı və helikoter daşıyan gəmilər müşayiət edəcəklər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   Gəmi  





Xəbər lenti