“Tottenhem”dən gözlənilməz məğlubiyyət

  25 Avqust 2019    Oxunub : 631
“Tottenhem”dən gözlənilməz məğlubiyyət
İngiltərə Premyer Liqasında üçüncü tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son günündə 3 görüş keçirilib.

“Mançester Siti” səfərdə “Bornmut”la qarşılaşıb. Matç son çempionun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər qarşılaşmasında “Tottenhem” və “Nyukasl” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdən “Nyukasl” minimal hesablı qələbə ilə ayrılıb.

“Vulverhempton” isə “Bernli” ilə heç-heçə edib.

Azvision.az

Teqlər: Tottenhem   Premyer-Liqa