“Qarabağ” “Qəbələ”ni darmadağın etdi

“Qarabağ” “Qəbələ”ni darmadağın etdi
  26 Avqust 2019    Oxunub:1972
Azərbaycan Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, günün son qarşılaşmasında "Qəbələ" son çempion "Qarabağ"la üz-üzə gəlib.

Maraqlı anlarla yadda qalan oyun Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın heyətində Riçard Almeyda, Maqaye Qeye və Abdullah Zubir fərqlənib.

Qeyd edək ki, tura avqustun 26-ı keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Azvision.az


Teqlər: Qarabağ   Qəbələ   Liqa  





Xəbər lenti