“Mançester Siti”dən növbəti qələbə

  25 Avqust 2019    Oxunub : 646
“Mançester Siti”dən növbəti qələbə
İngiltərə Premyer Liqasında üçüncü turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, çempionluğa iddia olan “Mançester Siti” səfərdə “Bournemouth” klubu ilə qarşılaşıb. Görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb. “Mançester Siti”nin heyətində Serxio Aquera dubla imza atıb.

Qeyd edək ki, bu qələbədən sonra "şəhərlilər" 7 xalla ikinci yerdə qərarlaşıb.

Azvision.az

Teqlər: MançesterSiti