Moskvanın məşhur oteli satılır

Moskvanın məşhur oteli satılır
  25 Avqust 2019    Oxunub:1866
Moskvanın məşhur “Pekin” oteli elektron satışa çıxarılıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı açıq hərrac keçiriləcək. Hərraca otelin aksiyaları (100 faiz) çıxarılacaq. Lotun start qiyməti 5,67 milyard rubl dəyərində qiymətləndirilir.

Qeyd edək ki, avqustun 29-u iştirakla bağlı ərizə qəbulunun son müddətidir. Auksion isə sentyabrın 2-də başlayacaq. Otel memarlıq abidəsi kimi tanınır.

Azvision.az


Teqlər: Moskva   Otel   Hərrac  





Xəbər lenti