6 min voltluq “tok” vuran şəxs sağ qaldı

 6 min voltluq “tok” vuran şəxs sağ qaldı
  24 Avqust 2019    Oxunub:2713
Rusiyanın Murmansk vilayətində elektrik stansiyasında təmir-bərpa işləri zamanı partlayış baş verib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kovdorski rayonundakı mədən və emal zavodunun ərazisində baş verib.

Partlayış zamanı işçini 6 min voltluq elektrik xətti vurub. İşçi bədəninin 60 faiz yanığı ilə kritik vəziyyətdə xəstəxanaya aparılıb. Partlayış iyul ayında baş versə də, İstintaq Komitəsi hadisə ilə bağlı bu gün məlumat yayıb.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti