Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi

Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi
  24 Avqust 2019    Oxunub:2106
Rusiyanın “Tula” və “Yuri Dolqorukiy” sualtı qayıqları Şimal Buzlu okeanın qütb bölgəsindən və Barens dənizindən “Sineva” və “Bulava” ballistik raketlərini buraxıb.

Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, raketlər Arxanqelsk bölgəsində “Çija”, Kamçatka yarımadasında isə “Kura” poliqonunda yerləşən təlim hədəflərini uğurla vurub.
Qeyd edək ki, “Bulava” adlı raket 12 metr uzunluğundadır və ABŞ-ın II Dünya Savaşında Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasından 100 dəfə güclüdür.

Azvision.az



Teqlər: Rusiya   Raket  





Xəbər lenti