Tanınmış milyarder xərçəngdən öldü - FOTO

 Tanınmış milyarder xərçəngdən öldü -  FOTO
  24 Avqust 2019    Oxunub:3175
Amerikalı milyarder, dünyanın ən varlı insanlarından biri olan Devid Koch vəfat edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, nüfuzlu iş adamı uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib. Onun xərçəngdən öldüyü bildirilir.



Qeyd edək ki, Devid Koch 1940-cı ilin mayın 3-də anadan olub. Texnoloji sahə üzrə təhsil alıb və qardaşı ilə birgə atasının “Koch Industries” firmasında işə başlayıb. Atanlarının ölümündən sonra Koch qardaşları neft emalına, gübrə, polimer istehsalına və digər sahələrə investisiya qoyaraq kompaniyanın fəaliyyət dairəsini xeyli genişləndiriblər.



Devid siyasi həyatda da aktiv iştirak edib və müxtəlif aksiyaları maliyyələşdirib. 1980-ci ildə Libertarian partiyasından vitse-prezident postuna namizədliyini irəli sürüb.



“Forbes” nəşrinin 2018-ci ilə olan məlumatına əsasən, onun varidatı 51 milyard dollar həcmində qiymətləndirilib, dünyanın ən varlı insanları siyahısında 11-ci yeri tutub.



Azvision.az


Teqlər: Milyarder   Amerika  





Xəbər lenti