Millimiz Avropa çempionatına qələbə ilə başladı

Millimiz Avropa çempionatına qələbə ilə başladı
  24 Avqust 2019    Oxunub:1659
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında ilk görüşünü keçirib.
Azvision.az xəbər verir ki, C qrupunda mübarizə aparan millimiz Macarıstanın paytaxtı Budapeştdə Xorvatiya yığması ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan millisinin 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, voleybolçularımız növbəti görüşünü avqustun 25-də Hollandiya millisinə qarşı keçirəcəklər. Ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri oynanılacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.

Azvision.az



Teqlər: Voleybol   Avropa-Çempionatı   Qələbə  





Xəbər lenti