“Fəridənin sorağında” - “Oskar”a namizəd olan İran filmi

  “Fəridənin sorağında”  - “Oskar”a namizəd olan İran filmi
  23 Avqust 2019    Oxunub:5711
İran istehsalı olan “Fəridənin sorağında” sənədli filmi “Ən yaxşı beynəlxalq film” nominasiyasında 92-ci “Oskar” mükafatına namizəd seçilib.

Azvision.az xəbər verir ki, Azadə Musəvi və Kuroş Atain rejissorluq etdiyi filmdə Niderlanddan olan İran əsilli qadının həyatından bəhs edilir.
Filmdə göstərilir ki, valideynləri tərəfindən tərk edilən qadını 40 il əvvəl hollandiyalı cütlük himayəyə götürüb. Zaman keçdikdən sonra o, gerçək ailəsi tapmaq qərarına gəlir və bu məqsədlə İrana qayıdır.

Ekran əsərinin əsas sujet xətti həmin qadının İranda doğma ailəsini axtarmasına həsr olunub.

Azvision.az


Teqlər: İran   OSCAR   Film  





Xəbər lenti