İran Makronun nüvə təklifinə "yox" demədi

İran Makronun nüvə təklifinə "yox" demədi
  22 Avqust 2019    Oxunub:1350
"Tehran nüvə sazişini xilas etmək üçün Fransa tərəfinin təklifləri üzərində işə başlamağa hazırdır".
Azvision.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri (XİN) Məhəmməd Cavad Zərif açıqlama verib. O bildrib ki, İran Fransanın nüvə sazişi ilə bağlı təkliflərini nəzərdən keçirəcək.

"Təkliflər masadadır və biz onlar üzərində işləyəcəyik",- deyə Zərif vurğulayıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron İrana qarşı sanksiyaları yumşaltmağı, yaxud nüvə sazişinə tam riayət etmək şərti ilə İran xalqını yaxşı yaşaması üçün kompensasiya mexanizmi ilə təmin etməyi təklif edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   Makron  





Xəbər lenti