Ermənistanda 8 nəfər “Sibir qarayarası”na yoluxub

Ermənistanda 8 nəfər “Sibir qarayarası”na yoluxub
  22 Avqust 2019    Oxunub:1285
Ermənistanda 8 nəfər “Sibir qarayarası” xəstəliyinə yoluxub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Sibir qarayarası” xəstəliyi Qeqarkunik rayonunun Qexovit kəndində aşkar edilib.

Epidemiyanın ətraf bölgələrə yayılmasının qarşısını almaq məqsədilə kəndə həkimlər briqadası göndərilib. Xəstəlik aşkar edilən şəxslər İrəvandakı “Nork” infeksiya xəstəlikləri xəstəxanasına aparıblar.

Səhiyyə Nazirliyi əhaliyə tibbi-gigiyenik normalara riayət edilməsi ilə bağlı xəbərdarlıq edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan   Xəstəlik  





Xəbər lenti