Hindistanda axtarılan terrorçular İrəvanda tapıldı

Hindistanda axtarılan terrorçular İrəvanda tapıldı
  22 Avqust 2019    Oxunub:1537
Hindistanda terror aktı törədən iki nəfərin Ermənistanda olduğu müəyyən edilib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, adları çəkilməyən şəxslər avqustun 8-də İstanbula, oradan İrəvana gəliblər.

İnterpol vasitəsilə axtarışa verilən terrorçulardan biri İrəvanda keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb. Digəri isə avqustun 14-də Baqrataşen keçid məntəqəsindən qaçmaq istəyərkən tutulub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Terrorçu  





Xəbər lenti