İngilislər Putinlə bağlı sənədli film çəkir

İngilislər Putinlə bağlı sənədli film çəkir
  22 Avqust 2019    Oxunub:1773
Britaniya telekanalı Rusiya prezidenti Vladimir Putin haqqında film çəkir.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Channel 4" telekanalının çəkdiyi sənədli film 3 seriyadan ibarət olacaq.

"Hazırda dünyada nələrin baş verdiyini anlamaq üçün Vladimir Putini başa düşmək lazımdır. Putin 21-ci əsrin ən önəmli siyasətçilərindən biri kimi öz dayanıqlığını nümayiş etdirib. Bu çoxseriyalı film keçmiş kəşfiyyatçı olaraq onun siyasəti necə müəyyənləşdirdiyindən və bunun bütün dünyaya necə təsir etdiyindən bəhs edəcək",- deyə filmin icraçı prodüseri Ceyms Roqan bildirib.

Çəkiliş qrupu filmdə arxiv materiallarından, prezidentə yaxın insanlarıla müsahibələrdən istifadə edəcəklər.

Bundan əlavə, film Putinin şəxsi təcrübəsinin onun siyasətinə necə təsir etdiyini, müasir Rusiyanın necə qurulduğunu və Putinin dəyərlərinin dünyanın müxtəlif yerlərinə yayılmasından bəhs edəcək.

Çəkilişlər Rusiya, ABŞ, Avropa və Böyük Britaniyada baş tutacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Putin   Film   Rusiya   Britaniya  





Xəbər lenti